“Araz-Naxçıvan” baş məşqçisi Azər Bağırovla yollarını ayırıb.
Presssport.az xəbər verir ki, bu haqda klub rəsmi saytıyla məlumat yayıb.
43 yaşlı baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib: “Klubumuz adından Azər Bağırova gördüyü islərə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq. Komandanı qarşıdakı oyunlara hazırlaşdıracaq məşqçilərlə bağlı əlavə məlumat veriləcək”.
Xatırladaq ki, bu, cari mövsümdə Premyer Liqada 5-ci baş məşqçi istefasıdı. Bunadək “Kəpəz” Azər Məmmədovla, “Neftçi” rumıniyalı Adrian Mutuyla, “Sabah” rusiyalı Murad Musayevlə, “Qəbələ” Elmar Baxşıyevlə vidalaşmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC