Elmar Baxşıyev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub.
Presssport.az xəbər verir ki, 44 yaşlı mütəxəssislə bu gün müqavilə imzalanıb.
Ardınca klub rəhbərliyi tərəfindən komanda üzvlərinə təqdim olunan baş məşqçi kollektivi ilk məşqinə çıxarıb.
Məşqçilər korpusunda da dəyişiklik edilib. Belə ki, Xaqani Məmmədov və Rasim Ramaldanov köməkçi-məşqçi təyin olunublar. Onlar Baxşıyevin son klubu olan "Qəbələ2də də onun köməkçiləri idilər.
Xatırladaq ki, Baxşıyev futbolçu karyerası ərzində “Xəzər Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ”nin formasını geyinib, Azərbaycan millisinin heyətində 30-dan artıq oyun keçirib. Baş məşqçi kimi “Qəbələ”ni çalışdıran mütəxəssis Azərbaycan kubokunun qalibi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC