“Qarabağ” azarkeşləri uzun müddətdi Elçin Məsiyevə “Neftçi”nin hakimi" damğasını vuraraq onun ünvanına təhiqramiz ifadələr işlədir və bu, artıq ənənə halına çevrilib. Belə münasibətin tarixçəsi ona gedib çıxır ki, onların qənaətinə görə, Ağdam klubunun son 10 ildə çempion olmadığı tək mövsümdə - 2020/21-də son turda “ağ-qaralar”la “Dalğa Arena”dakı “qızıl oyun”da doğma komandalarının əleyhinə qərarlar verib. Amma dünən "Sumqayıt"la “Neftçi Arena”da 1:1 hesabıyla matçda hamı gördü ki, Məsiyev “Neftçi”nin hakim deyil. Ən azı ona görə ki, bu komandaya simpatiyası olsaydı, böyük müzakirəyə çevrilən epizodlarda xeyrinə qərarlar verərdi. Amma Elçin “ağ-qaralar”ın qolunu saymadı, penaltisini vermədi.
Bəli, "Neftçi" həmin görüşdə qələbə qazanmağa yaxın olsa da, baş hakimin qərarları nəticəyə təsir etdi və nəticədə meydan sahiblərinin haqqı yeyildi. Məsiyev əvvəlcə matçın 89-cu dəqiqəsində “Neftçi”nin legioneri Andre Şinyaşikinin qolunu qeydə almadı. Səbəb kimi top braziliyalı futbolçuya çatana qədər onun komanda yoldaşı Yeqor Boqomolskinin qaydanı pozduğunu göstərdi. Hərçənd, təkrara dəfələrlə baxanda da, burada ikili mübarizənin getdiyi görünür və buna görə qolu qeydə almamaq təəccüb yaradır.
Daha bir epizod isə artıq matçın uzatma dəqiqələrində yaşandı. Yenə diqqət mərkəzində Şinyaşiki idi. Belə ki, "Sumqayıt"ın müdafiəçisi Abu Dosso Andreni cərimə meydançasında yıxsa, topa yox, ayağa zərbə vursa da, baş hakim davam işarəsi verdi. Bu epizodda aşkar penalti olsa da, Məsiyevin fiti susdu.
Matçdan sonra "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç də hakimin oyunu korladığını qeyd etdi. Monteneqrolu mütəxəssisə haqq qazandırmamaq olmur. Belə epizodlara VAR-ın müdaxiəsi olmaması da əlavə bir müzakirə mövzusudu. Bunlara da müdaxilə olmayacaqsa, onda VAR nyə var? Yox, VAR otağından “pas” gəlirsə, baş hakim onlara niyə məhəl qoymur?
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC