Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Presssport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 506 komanda yer aldığı siyahıda zərbaycanın 3 klubu var.
"Qarabağ" son reytinqə əsasən 13 pillə irəliləyib. Belə ki, Qurban Qurbanovun komanası 76,5 xal 48-cidir. “Neftçi” 1 pillə irəliləyərək 62 xalla 377-ci, "Sabah" isə 4 pillə irəliləyərək 58,75 xalla 413-cü olub.
Xatırladaq ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC