Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun kapitanı Kriştiano Ronaldo rəqib futbolçunu dirsəklə vurduğuna görə meydandan qovulub.
Presssport.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı ulduz futbolçu ölkə kubokunun yarımfinalı çərçivəsində “Əl-Hilal”la ev matçının 86-cı dəqiqəsində Renan Lodiyə zərbə endirib.
Ronaldo ardınca yumruğunu baş hakimə tərəf tutaraq qeyri-idman hərəkəti edib. Nəticədə baş hakim hücumçuya qırmızı vərəqə göstərib.
Onu da bildirək ki, Əbu-Dabi şəhərində baş tutan görüşdə Ronaldonun komandası 1:2 hesabıyla yenilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC