Avropa Badminton Konfederasiyası qarşıdakı bir sıra beynəlxalq turnirlərə ev sahibliyi edəcək şəhərlərlə bağlı mühüm qərarlarını açıqlayıb. Presssport.az xəbər verir ki, 2025-ci ildə qarışıq komandalar arasında Avropa çempionatını qəbul etmək hüququ Bakıya həvalə edilib.
Bu haqda Azərbaycan Badminton Federasiyası rəsmi məlumat yayıb.
2023-cü ildə Avropa Badminton Konfederasiyasının Konqressini yüksək səviyyədə təşkil edən Bakının ev sahibliyi yüksək qiymətləndirilib və Azərbaycan paytaxtının artıq Avropanın badminton ailəsində əhəmiyyətli rol oynadığı xüsusilə vurğulanıb. Həmçinin Bakıda kişi və qadınlar arasında komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin bir etapının da yüksək səviyyədə təşkil olunduğu qeyd edilib. Bakıya 2025-ci ildə qarışıq komandaların Avropa çempionatına ev sahibliyi hüququnun verilməsi Azərbaycan Badminton Federasiyasının Avropa Badminton Konfederasiyasının iki əhəmiyyətli tədbirini yüksək səviyyədə təşkil etməsi faktoru da böyük rol oynayıb.
“Bizim Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığımız çox məhsuldardır. Yenidən Bakıya qayıdacağımızı səbirsizliklə gözləyirik.” Bu sözləri Avropa Konfederasiyasının prezidenti Sven Serre deyib.
Qərar hazırda Almaniyanın Saarbrüken şəhərində keçirilən Avropa çempionatı zamanı açıqlanıb. Azərbaycan Badminton Federasiyası tərəfindən qitə çempionatına ev sahibliyi baş katib Ramil Hacıyev qəbul edib.
Qeyd edək ki, Edi Reski Dviçayo, Keişa Fatimə Zəhra və Era Maftuha hazırda davam edən Avropa çempionatında baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında ölkəmizi təmsil
edir
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC