Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda bu gün "Dalğa Arena"da İsveçrə yığmasına 0:4 hesabıyla uduzduqları matçı şərh edib.
Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis çətin oyun olacağını gözlədiklərini söyləyib: "Rəqibi təhlil etmişdik və İsveçrənin oyun keyfiyyətlərini bilirdik. Görünən odur ki, keyfiyyət öz sözünü deyir. Buna baxmayaraq, komandam vuruşdu. Düzdür, bəzi komponentlərdə geri qalırıq. Bizə hələ ki vaxt lazımdı. İstəyirdik ki, doğma meydanda şansımızdan istifadə edək, amma olmadı. Bizi ən çox məyus edən hesabın belə olmasıdır. Hesabın belə olacağını gözləmirdik. Rəqib bizi səhvlərə məcbur etdi. İsveçrə millisi oyunun tempini çox qaldırmışdı. Macarıstanla oyunda da temp yüksək idi. Orada da futbolçular var güclərini sərf etmişdilər. Həm də komanda uzaq yol qət etmişdi. Yorğunluq hiss olunurdu. Bundan sonra səhvlərin üzərində işləmək və önümüzə baxmaq lazımdı".
Xatırladaq ki, qadın yığmamız ilk turda Macarsıtanla səfərdə 1:1 hesablı bərabərliyə qalmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC