"Krasnodar"ın futbolçusu Kadi Borgesin agenti Helsio Roberto müştərisinin "Qarabağ"a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Presssport.az xəbər verir ki, o, açıqlamasında 28 yaşlı braziliyalı yarımmüdafiəçinin Rusiya klubundan ayrılmaq fikrində olmadığını deyib:
“Bu barədə deyəcək bir sözüm yoxdu. Kadi "Krasnodar"dakı hər şeydən razıdı”.
Xatırladaq ki, Kadi 2021-ci ilin yayından 2023-cü ilin yanvarınadək “Qarabağ”da oynayıb. Onun 5 milyon avroya transfer olunduğu "Krasnodar"la müqaviləsi 2026-cı ilin iyununadəkdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC