Bu gün ilk hissədə, demək olar ki, qaçmadıq" - "Sumqayıt"ın baş məşqçisi

“Müdafiədə bərbad təsir bağışladıq”. Presssport.az xəbər verir ki bunu “Sumqayıt”ın baş məşqçisi Teymur Hüseynov “Xırdalan”a 90:100 hesabı ilə məğlub olduqları Azərbaycan Basketbol Liqasının XI tur oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssisin sözlərinə görə, oyunçuların tapşırıqları tam yerinə yetirməyiblər: “Xüsusən də, rəqibin 21 xal toplayan yerli basketbolçusunu bağlaya bilmədik. Oyunçularıma deyirəm ki, rəqibin yaxşı çıxış edən üzvünə qarşı sərt oynayın, yeri gələndə fol edin, amma... Demək olar ki, oyunumuz alınmadı. Doğrudur, 3-cü bölümdə hesab arasındakı fərqi xeyli “əritdik”. Amma sonra yenə “3-lük”lər səbətimizə “töküldü”. Yerlilər də imkanlarından aşağı səviyyədə çıxış etdilər”.

Hüseynov məşqlərdə əks-hücum üzərində çalışdıqlarını söyləyib: “Rendallın oyununu bəyəndim. Smit və Dikson da yaxşı idilər. Növbəti matçlarda nəyi dəyişək? Nəyi dəyişə bilərik? Sürətli əks-hücuma çıxmağı məşq edirik. Bu gün ilk hissədə, demək olar ki, qaçmadıq. Bunu bacarsaydıq, nəsə edə bilərdik”.

Xatırladaq ki, hazırda “Xırdalan” 17 xalla 5-ci, “Sumqayıt” isə 14 xalla 8-ci pillədə qərarlaşır.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC