AFFA İcraiyyə Komitəsinin iclasına kimi Klublar Komitəsi iki görüş keçirəcək: “Ola bilsin ki, həmin müddətdə yeni təkliflər də edilsin"

AFFA İcraiyyə Komitəsinin növbəti iclasına kimi Klublar Komitəsi daha iki görüş keçirəcək.

Presssport.az xəbər verir ki, bu barədə Klublar Komitəsinin sədri Maqsud Adıgözəlov məlumat verib.

“Sabah” klubunun prezidenti bildirib ki, həmin görüşlərdə müzakirə ediləcək məsələlərlə bağlı təkliflər paketi hazırlanacaq: “Ola bilsin ki, həmin müddətdə yeni təkliflər də edilsin. İcraiyyə Komitəsinin mayın əvvəlində olacaq növbəti iclasına kimi hər bir məsələ ilə bağlı təkliflər paketi hazırlanaraq təqdim ediləcək”.

Maqsud Adıgözəlov aprelin 9-da baş tutan iclasda bir neçə məsələnin müzakirə olunduğunu sözlərinə əlavə edib: “Təkcə “Sabah” yox, hər bir klub öz fikirlərini bildirdi, təkliflərini verdi. Klublar müxtəlif fikirlər səsləndirdilər. Lakin bu təkliflərin üzərində işləmək lazımdır. Müzakirə edilən təkliflərlə bağlı ortaq qərar verildikdən sonra daha ətraflı və dəqiq məlumat vermək mümkün olacaq”.

Qeyd edək ki, Klublar Komitəsinin ötən gün təşkil olunan iclasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov da iştirak ediblər (report.az).

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC