“Turan Tovuz”un legioneri Roderik Millerin zədəsi ciddi olub.
Bu haqda Presssport.az-a danışan komandanın baş məşqçisi Ayxan Abbasov panamalı mərkəz müdafiəçisinin Premyer Liqanın son turunda “Sabah”la ev matçında aldığı zədənin hərtərəfli müayinə olunduğunu söyləyib: “Oyunda ayağına zərbə vurdular və bu, yüngül xəsarət deyildi. Məcbur olub əvəzləməli olduq. Miller ən azı iki həftəlik sıradan çıxıb və bu müddətdə müalicə alacaq”.
Abbasov ayağı burxulan digər futbolçularının - yarımmüdafiəçilər Fərid Yusifliylə Ayxan Abbasovun yavaş-yavaş məşqlərə başladığını deyib: “Bildiyiniz kimi, Fərid U-21 yığmamızdan zədəli gəlib və yalnız dünən məşq edib. Bu, hələ ki individiualdı və oynaması zaman tələb edir. Ayxan da yeni məşqlərə başlayıb, onda da eyni vəziyyətdi”.
Adıçəkilən futbolçulardan fərqli, burnu qurulan yarımmüdafiəçi Veysəl Rzayevin yaşıl meydana dönüşü daha gec olacaq. Bu, ümumiyyətlə, cari mövsüm olmaya bilər: “Veysəl hələ özü üçün velosipded sürür. Ona hələ ki topla məşq, mübarizə olmaz. Yalnız mayda komandayla məşqlərə bilər, onda baxacağıq son durumuna. Burnundakı gips yeni açılıb”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC