“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.
Presssport.az xəbər verir ki, o, baş məşqçi kimi turnirdə 200 oyun keçirən ilk mütəxəssis olub.
Yubiley qarşılaşması 1/4 final mərhələsində “Mançester Siti” ilə ev oyununa (3:3) təsadüf edib.
Bu göstərici üzrə 2-ci yeri 190 matçla “Mançester Yunayted”in əfsanəvi şotlandiyalı sabiq çalışdırıcısı Aleks Ferqyuson tutur. Bu ölkənin digər təmsilçisi “Arsenal”ın fransalı sabiq baş məşqçisi Arsen Vengerin isə hesabında 178 matç var.
Onu da bildirək ki, 65 yaşlı Ançelotti 4 dəfə - 2 dəfə “Milan”la, 2 dəfə isə “Real”la ÇL-in qalibi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC