Kaşuka "Neftçi"dən təklif gəlib: "Bu, təəccüblü deyil"

2023-cü ilin yayında "Sabah"dan ayrılan ukraynalı futbolçu Aleksey Kaşuk "Neftçi"dən təklif gəlib. Presssport.az xəbər verir ki, bu haqda Xorvatiyanın "Dalmatinskiportal" saytı açıqlama yayıb. Bildirilir ki, Kaşun Xorvatiyanın "Hayduk" klubunun da maraq dairəsinə düşüb. Xorvat həmkarlarımıza Ukraynadan daxil olan məlumata əsasən, Kaşuka Bakı klubundan da təklif daxil olub. "Bu, təəccüblü deyil. Nəzərə almaq lazımdı ki, Kaşuk ötən mövsümün sonuna kimi icarə qaydasında Azərbaycanın "Sabah" klubunda oynayıb və 33 matçda əla göstəriciyə imza atıb. O, 16 qol vurub, 10 qolun isə ötürməsini edib". Xəbərdə o da qeyd olunub ki, Kaşukla "Qarabağ" da maraqlanıb: "Amma görünən budu ki, Kaşuk məsələsində "Hayduk"un əsas rəqibi "Neftçi"di". Qeyd edilib ki, müqavilə ilə 2024-cü ilin yayına qədər Donetsk "Şaxtyor"una məxsus olan 23 yaşlı sağ cinah yarımmüdafiəçisi həmin komandada ehtiyatdadı və klubunu dəyişmək istəyir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC