Azərbaycanı Xorvatiyanın Zadar şəhərində keçiriləcək Avropa çempionatında təmsil edəcək 6 karateçinin adları bəlli olub.
Presssport.az xəbər verir ki, bu idmançılar qitə birinciliyinə qatılmağa namizədlər arasında təşkil olunan şəxsi görüşlərdə müəyyənləşib.
Seçimlərin ilk günündə 4 çəki dərəcəsi üzrə karateçilər üz-üzə gəliblər. Seçmə görüşləri Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidentləri Rəhman Hətəmov və Füzuli Musayev də izləyiblər.
Hər çəkidə idmançılar qruplara bölünərək dairəvi sistemdə yarışıblar. Yığma məşqçilərinin iştirakı ilə keçirilən ilk günün nəticələrinə əsasən, kişilər arasında Fərid Savadovla (60 kq) Fərid Ağayev (75 kq), qadınlarda isə Fidan Teymurova (50 kq) və Mədinə Sadıqova (55 kq) Avropa çempionatına yollanmaq hüququna yiyələniblər.
Kata seçimlərində qadınlarda Ramilə Heydərova, kişilərdə Roman Heydərov bütün rəqiblərini üstələyiblər.
Digər çəki dərəcələri üzrə qitə birinciliyində yarışacaq yığma üzvlərinin adlarına yaxın günlərdə keçiriləcək növbəti seçim görüşləri nəticəsində aydınlıq gələcək.
Karate üzrə Avropa çempionatı mayın 8-12-si aralığında gerçəkləşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC