Tovuzdan daha bir komanda məğlub yola salındı.
Presssport.az xəbər verir ki, “Turan Tovuz”un öz meydanında nəhayət, qalib gələ bildiyi növbəti rəqib "Sabah" oldu.
Ayxan Abbasovun komandası bunadək Masazır təmsilçisiylə Tovuz şəhər stadionundakı hər 3 görüşdə uduzmuşdu - 0:1, 0:2, 2:3. Bunlar "Sabah"da rusiyalı baş məşqçi Murad Musayevin dönəmində olmuşdu. Xorvatiyalı yeni baş məşqçi Krunoslav Renduliçlə Tovuzla səfər qələbə seriyasının qırılmasıyla nəticələndi. Belə ki, Qərb təmsilçisi bakılılar üzərində inamlı qələbə qazandı - 2:0.
İndi “Turan Tovuz”un Premyer Liqada yenə bilmədiyi bir rəqib qaldı. Bu, hazırkı lider, artıq bu mövsümün də erkən çempionu olan “Qarabağ”dı. Tovuz təmsilçisi bu rəqiblə 4 qarşılaşmadan 3-də uduzaraq, yalnız 1-də heç-heçəylə kifayətlənib. “Turan Tovuz”un "Qarabağ"ı səfərdə də üstələyə bilmədiyini nəzərə alsaq, ümumiyyətlə, uda bilmədiyi tək komandadı.
Premyer Liqada qalan 8 rəqibdən hamısı Tovuzda uduzub. “Zirə”, "Qəbələ", "Səbail" bu aqibəti cari mövsümdə yaşayıb. Premyer Liqanın debütantı “Araz-Naxçıvan”ın isə Tovuza səfərləri bir qayda olaraq uğursuz alınır. Belə ki, Muxtar Respublika təmsilçisi “Turan Tovuz”dan ümumiyyətlə, hələ ki xal ala bilməyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC