AFFA-nın keçirdiyi Region Liqasında pley-off mərhələsinə start verilib.
Presssport.az xəbər verir ki, ilk matçlar gərgin mübarizə şəraitində keçirib.
Təsadüfi deyil ki, 3 oyun heç-heçə bitib, qalan 5 görüşdə isə qalib tərəflər yalnız 1 top fərqli üstünlüklə buna nail olub.
Turnirin əsas favoritləri sayılan komandalar qələbəyə həsrət qalıb. Vüqar Nadirovun baş məşqçisi olduğu "Hypers"in "Goranboy Qala"yla səfər matçında uduzması diqqət çəkib. “Mübariz”in evdə "Ağstafa Gəncləri"nə yenilməsi də gözlənilməz olub. “Çinar Zəngilan”, “Şimal” və “Göyəzən” isə ilk görüşlərdə heç-heçəylə kifayətlənməli olub.
Xatırladaq ki, cavab matçları bu həftəsonu olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC