Hüseynə həyat verək!

Doğuş zamanı həkim səhlənkarlığı Hüseyn Fətullayevin həyatını məhv edib. Onun beyin hüceyrələri zədələnib. Üstəlik, travma nəticəsində hidrosefaliya meydana gəlib. Başındakı kista isə ona bitmək bilməyən kəskin ağrılar verir. Mütəmadi olaraq ağlayır, çığırır. Daha dəhşətlisi isə odur ki, 14 yaşlı Hüseyn ağrılarını dilə gətirə bilmir, çünki o, danışa bilmir. Üstəlik, travma səbəbindən Hüseyndə epilepsiya əlamətləri meydana gəlib. Uşaq illərdir ki, gizli epilepsiya keçirirmiş. Məhz epilepsik hərəkətləri onun beyninin inkişafına əngəl törədir. Bu səbəbdən əvvəlcə epilepsiyaya qarşı müalicə olunmalı, yalnız epilepsik hərəkətləri səngiyəndən sonra beynin inkişafı üçün kompleks müalicə aparılmalıdır. Üstəlik, reabilitasiya və fizioterapiyası da dayanmamalı, əksinə, sürətlənməlidir. Bütün bunlar isə böyük maddiyyat tələb edir... 

 

Biz xeyirxah xalq olaraq, yardıma ehtiyacı olan insana yetişir, yardım əli uzadırıq. Ramazan ayının son günündə də insanlar biri-birini birliyə çağırır, yardımlaşır, fitrə-zəkatını yoxsullara, xəstələrə ayırır. Balaca Hüseynin də yardıma ehtiyacı var. Müalicəsini davam etdirməsində, nəhayət, sağlamlığına qovuşmasında hər birimizin rolu ola bilər. Onun həyatına biganə qalmayaq! Hüseynə həyat verək!

 

Azərbaycan Beynəlxalq Bankı (ABB)

Karta mədaxil – 4127 2093 0748 8160

Adı: Bakhtiyar (atası)

Soyadı: Fatullayev 

Tel: 051 3954347

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC