İspanların gecəsi

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Presssport.az xəbər verir ki, son 2 matçda İspaniya klubları qələbəyə sevinib.

Belə ki, “Atletiko” öz meydanında Dortmund “Borussiya”sını minimal fərqlə üstələyib. “Barselona” isə Parisdə yerli PSJ üzərində əzmkar qələbə qazanıb.

Bu cütlərdə cavab görüşləri aprelin 16-da keçiriləcək.

Qeyd edək ki, bir gün əvvəl keçirilən qarşılaşmalarda “Real” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.

10 aprel (çərşənbə)

“Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 2:1

Qollar: Rodriqo de Paul, 5, Samuel Lino, 32 – Sebastyen Alle, 81

Baş hakim: Marko Quida (İtaliya)

Madrid, “Metropolitano” stadionu

PSJ (Fransa) – “Barselona” (İspaniya) - 2:3

Qollar: Usman Dembele, 48, Vitinya, 51 - Rafinya, 37;62, Andreas Kristensen, 77

Baş hakim: Entoni Teylor (İngiltərə)

Paris, “Park De Prens” stadionu

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC