"Göyçay" Region Liqasında çempionluğu hədəfləyib: "II Liqada oynamaq istəyirik, amma bizə göstərilən dəstək buna yetərli deyil"

AFFA-nın keçirdiyi Region Liqasında cari mövsümün debütantlarından olan “Göyçay” pley-offa, çıxış etdiyi Mərkəz zonasından 4-cü yerlə çıxdı və Şimal-Qərb və Qərb zonasının qrup lideri olmuş “Göyəzən”ə rəqib oldu. Komandalar arasında Göyçayda keçirilən ilk matçda qalib müəyyənləşmədi - 1:1. Meydan sahiblərinin baş məşqçisi Rövşən Mustafayev görüşdən sonra Presssport.az-a müsahibəsində bir sıra mətləblərdən söz açıb. 

- İlk hissədə yaxşı oynayaraq hesabı açsanız da, ikinci yarıda bunu göstərə bilmədiniz və sonda buraxdığınız qolla qələbəni əldən verdiniz. Buna səbəb nə idi?

  • - Fasilədən sonra bir az yorğunluq oldu. Həm də komandaya yeni futbolçular gəlib deyə bir az uyğunlaşmaqda çətinlik çəkdik. Ümumən pis oynamadılar. Fədakarlıq göstərdikər uşaqlar. Meydanda əllərindən gələni elədilər, alınmadı qələbə. Amma məğlub da olmamışıq. 1:1 hesabı normal nəticədi. Mərkəz zonasından qrupdan 4-cü yerlə çıxmışıq və rəqibimiz olan qrup liderinə qarşı belə oynayaraq uduzmadıq. Buna görə nəticəni qənaətbəxş sayıram. İnşallah, Qazaxdakı oyuna yaxşı hazırlaşıb qələbə qazanmaqla mərhələni adlamaq, yekunda uğurlu nəticə qazanmaq istəyirik. 
  • - Şansları bərabər sayırsınız?
  • - Düşünürəm ki, şansımız daha yüksəkdi - 60-40-a xeyrimizədi. 
  • - Region Liqasında hədəfiniz nədi?
  • - Çempion olmaq. Komandanın qarşısına əvvəldən qoyulan məqsəd budu. Allah nəsib edərsə, çempion olarıq. Məqsədimizə çatmağa çalışacağıq. Bu matç da göstərdi ki, komanda futbol oynaya bilir. Sadəcə, uyğunlaşmada bir az problemlər var. Heyətdə də 1-2 itkimiz var. Müəyyən səbəblərdən 3-4 futbolçumuz gəlib çıxa bilmədi. İnşallah, nəticə bizim üçün yaxşı olar.
  • - Çempionluğa iddianız açıq şəkildə bəyan etdiniz. Amma onu da nəzərə alaq ki, qrupda 4-cü olmusunuz. Belədirsə, daha yüksək iddianız nəyə əsaslanır?
  • - İddiamız ondan irəli gəlir ki, 4-cü yeri tutmağımıza rəğmən, yalnız qrup liderinə uduzmuşuq. Qalanlarının heç birinə yenilməmişik - 8-də heç-heçə etmişik, 4-də udmuşuq. Burdan o potensial hiss olunur ki, bu komanda irəliləyə bilər. Pley-offa adlamağımız təsadüfi olmayıb. Qrupdan 3-cü yerlə də çıxa bilərdik. Sadəcə, bəzi matçlarda qol epizodlarını dəyərləndirə bilmədik deyə belə oldu.
  • - Çox heç-heçə edirsiniz, ilk pley-offa matçında da belə nəticə oldu. Deyəsən, “sülhsevər” komandasınız…
  • - (gülür) Hə, bir az sülhsevərlik var uşaqlarda. İnşallah, gələcəyə nikbin baxırıq. Komandanı götürəndə də məqsədimiz onu II Liqaya çıxarmaqdı. 
  • - Buna real olaraq gücünüz, maddi imkanlarınız var?
  • - Vallah, gələcəklə bağlı arzularımız, istəklərimiz böyükdü. Ancaq bəzi problemlər var. Orda AFFA-nın klubların qarşısına qoyduğu bəzi tələblər var ki, bunları yerinə yetirmək lazımdı. Sposnor məsələri, klubun stadionunun vəziyyəti və s. - bunlar hamısı nəzərə alınır. İstəyirik, bununla həll olunacaqsa, gələcəkdə ola bilsin, I Liqaya buraxarlar. Lakin Göyçaydan da gərək bizə dəstək olarlar.
  • - Bu yöndə vəziyyət necədi?
  • - Adını çəkmək istəmirəm, bəzi iş adamları var ki, qıraqdan bir az dəstək verirlər. Amma II Liqada oynamaq üçün bu, yetərli deyil. Bundan ötrü gərək kimsə tam olaraq klubu götürüb desin ki, bütün xərcləri, məsfərləri qarşılayıram. Belə olan halda, inşallah, II Liqada oynayıb nəticə göstərə bilərik.
  • - Stadionunuz normaldı, amma qazonunuz pisdi və ona yaxşı əl gəzdirmək lazımdı. Belə öt örtüyünə öyrəşmisiniz, rəqibləriniz isə çətinlik çəkir…
  • - Əksinə, bu qazonda oynamağa çətinlik çəkirik. Çünki komandamız hamar, süni öt örtüyündə daha gözəl oynayır, daha rəngarəng futbol göstərə bilir. Sadəcə, olanımız, bugünkü gündə əlimizdə olan budu. 
  • - Sizcə, Qazaxdakı meydançada oynamaq rahat olacaq?
  • - Bizdə orda oynayan uşaqlar olub, onlardan soruşdum, dedilər ki, burda yaxşıdı. Bizə daha asan olacaq. Çünki özümüzdə qazon yaxşı vəziyyətdə olmadığına görə topla rəftar bir az çətinlik yaradır. Qazaxdakı qazon isə daha hamardı. Səfər matçlarında da sintetik örtükdə oynayanda komanda evdəkindən daha üstün futbol göstərirdi. O üzdən fikirləşirik ki, Qazaxda bizə daha rahat olar. Bu matçda nə qədər qol epizodlarına girdi uşaqlar, amma reallaşdıra bilmədilər. Bunda da qazon amili öz sözünü deyir. Topu düzgün ram, futbolçunun üstünə gələndə onunla yaxşı rəftar etmək olmur.   

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC