PSJ-nin kapitanı Markinyos yeni rekorda imza atıb.
Presssport.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə ilk oyun (2:3) 29 yaşlı braziliyalı müdafiəçisi üçün Paris təmsilçisində 436-cı matç olub.
Bununla da Markinyos PSJ-də ən çox oyuna çıxan futbolçu adına yiyələnib. O, Jan-Mark Pilorjeni ötüb (435 oyun, 1975-89-cu illər).
Xatırladaq ki, millisinin də üzvü olan Markinyos 2013-cü ildən PSJ-də çıxış edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC