Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray" ilə "Fənərbaxça" arasında yarımçıq dayandırılan Super Kuboku matçı ilə bağlı qərarları açıqlayıb.
Presssport.az xəbər verir ki, TFF oyunun 2-ci dəqiqəsində meydanı tərk edən “Fənər”ə 4 milyon lirə (təxminən 211 min manat) pul cəzası və 0:3 hesablı texniki məğlubiyyət verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Fənərbaxça" TFF-nin oyuna əcnəbi hakim təyin etməməsi səbəbindən qurumu boykot edib və oyuna çıxan U-19 komandası 2-ci dəqiqədə hesabda 0:1 geri düşəndə meydançadan çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC