“Qarabağ”ın futbolçusu Patrik Andrade Bolqarıstan mətbuatına danışıb.
Presssport.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi bu mövsümdəki vəziyyətilə bağlı fikirlərini bölüşərək, komandasının addım-addım irəlilədiyini söyləyib: “Neftçi” və “Zirə”dən böyük fərqlə layiqincə liderlik edirik. Azarkeşlərimizin bəyəndiyi kimi, tamamilə hücum futbolu oynayırıq. Son kubok matçında “Neftçi”yə 4:0 hesabı ilə qalib gəldik. Əzmlə oynayırıq və heç bir rəqibi də qiymətləndirməyə bilmərik. Matçlara son dərəcə ciddi yanaşırıq".
Patrik Avropa Liqasına da toxunub: “1/8 finalın çox dramatik cavab oyununda Leverkuzendə “Bayer”ə (2:3) uduzduq, əlavə vaxtda 2 qol buraxdıq. “Bayer” Leverkuzendə çılğın oyunda qalib gəldi, ilk görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı. İkinci matçda iki qol şansından yararlana bilmədik və bəxt tərəfimizdə deyildi. Hamımız həqiqətən çox üzüldük, amma bu futboldu. Ümid edirəm ki, növbəti dəfə Çempionlar Liqasında (ÇL) oynayacağıq. Bu, böyük arzumdu”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC