Azərbaycanda növbəti futbol mövsümü - 2023/24 yavaş-yavaş sona yaxınlaşır. Premyer Liqada artıq son dövrədi və çempion da bəllidi. Belə ki, “Qarabağ” IV dövrənin ilk turundaca çempionluğunu rəsmiləşdirdi. İndi digər titulun - Azərbaycan Kubokunun qalibinin kim olacağı maraqla gözlənilir. Burda da “Qarabağ” aşkar favoritdi. Çünki Qurban Qurbanovun komandası ilk yarımfinalda “Neftçi”ni səfərdə 4:0 hesabıyla məğlub etməklə finala çıxmaq vəzifəsini demək olar həll edib və digər yarımfinal cütünü təşkil edən "Zirə" ilə "Qəbələ”dən aşkar güclüdü.
Məlumdu ki, bu mövsümdən ölkə kubokunun qalibi Konfrans Liqasına yox, Avropa Liqasına yollanacaq. “Qarabağ” “qızıl dubl” edərsə, Avroliqaya hansı komandanın gedəcəyi futbol ictimaiyyətində müzakirə obyektinə çevrilib. Doğrudanmı, finalçı bu şansı əldə edəcək?
Məsələyə tam aydınlıq gətirmək üçün PFL-in texniki-idman direktoru Elgi Abbasov müraciət etdik. O, son nöqtəni qoyub: “Bilirsiniz ki, Misli Premyer Liqasından avrokuboklara 4 komanda vəsiqə qazanır. Onlardan biri Çempionlar Liqasında (ÇL), biri Avropa Liqasında, iki komanda isə Konfrans Liqasında təmsil olunur. 1-ci yer məlumdu ki, ÇL-ə yollanır. Kubokun qalibi isə Avroliqaya gedir. Kubokun qalibi həm də çempiondursa, bu zaman ən uzun yarışdan, yəni çempionatdan 2-ci yerin sahibi Avropa Liqasına, 3-cü və 4-vcü pillənin sahibləri isə Konfrans Liqasına gedəcək".
Göründüyü kimi, finalçı olmaq işi bitmir və kubokdan fərqli çempionat uzun marafon olduğuna görə orda 2-ci yerin sahibi daha üstün tutulur. Həmin pillə uğrunda isə hazırda gərgin mübarizə gedir. Hazırda bu mövqedə qərarlaşan “Zirə" bu gün XXX turun açılış matçında “Sumqayıt”ı səfərdə məğlub edərsə, onunla xal fərqini 5-ə yüksəldərək böyük üstünlük qazanacaq. 3-cü yerdə gedən “Neftçi” isə hələ məğlub edə bilmədiyi ”Araz-Naxçıvan"la görüşdə yenə xal itirməsi mümkündü ki, bu halda zirəlilərin 2-ci yerə iddiası daha da artacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC