Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində ilk oyununa çıxıb.
Presssport.az xəbər verir ki, yarışın B qrupunda yer alan yığmamızın ilk rəqibi Çili olub.
Görüşə basketbolçularımızın qələbəsi ilə başa çatıb - 17:14.
Qeyd edək ki, oyuna Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volkerlə çıxan Azərbaycan millisi aprelin 13-də Monqolustan və Niderland komandaları ilə üz-üzə gələcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC