Türkiyə Super Liqasında hakimliklə bağlı yeni qərar verilib.
Presssport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qərara əsasən Super Liqanın XXXII turundan mövümün sonuna qədər kritik oyunlar zamanı VAR hakimləri yerli yox, əcnəbi olacaq.
TFF-nin İtaliya, İspaniya, Almaniya, Niderland və Portuqaliya Futbol Federasiyalarına bununla bağlı müraciəti müsbət cavablandırılıb.
Artıq XXXII turda VAR hakimləri əcnəbi olacaq oyunları açıqlanıb:
13 aprel
"Ankaragücü" - “Qaziantep”
14 aprel
"Fatih Karagümrük" - “Fənərbaxça”
15 aprel
"Alanyaspor"- "Qalatasaray"
Xatırladaq ki, son vaxtlar Türkiyədə hakimliklə bağlı çox narazılıq yaşanır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC