Andrade Qurban Qurbanovla azərbaycanca və rusca danışır: "O, hamımız üçün ata fiquruna çevrilib"

Leandro Andrade "Qarabağ"dakı performansından danışıb.

Presssport.az əbər verir ki, kabo-verdeli yarımmüdafiəçi xüsusən də klubun I Qarabağ müharibəsi zamanı çətin dövr yaşadığını söyləyib:  "O dövrlər klub üçün çətin idi. Bununla belə, klub indi inanılmaz artım mərhələsini yaşayır. "Qarabağ"da hamı bir-birinə ailə üzvü kimi yanaşır. Baş məşqçimiz Qurban Qurbanov hər şeyə çox ciddi yanaşan adamdı və hamımız üçün ata fiquruna çevrilib. O, təkcə futbolun səviyyəsinə deyil, rifahımıza da fikir verir, heç nəyi qaçırmır".

Leandro çox müasir hesab etdiyi, bir çox görməli yerləri olan paytaxtımız Bakı haqda da xoş fikilər səsləndirib. Sonda isə o, artıq Azərbaycan və rus dillərini öyrəndiyini, baş məşqçisiylə bu dillərdə dialoq qurduğunu əlavə edib. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC