UEFA-nın rəsmi saytında Avropa Liqasında bu həftənin ən yaxşı oyunçunu seçən azarkeşlərin səsverməsi başa çatıb.
Presssport.az xəbər verir ki, "Atalanta"nın hücumçusu Canluka Skamakka həftənin oyunçusu seçilib.
İtaliyalı forvard Avropa Liqasının 1/4 finalında "Liverpul"la səfər matçında (3:0) dubla imza atıb. Maraqlıdı ki, Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilən "Barselona"nın futbolçusu Rafinya da səfər matçında dubl müəllifi olub.
Xatırladaq ki, həftənin oyunçusu adına namizədlər arasında Yonas Hofmann ("Bayer"), Rafa Silva ("Benfika") və Paulu Dibala ("Roma") yer almışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC