Cəlal Hüseynov millidə istədiyi baş məşqçidən danışdı: "De Byazini necə pis xatılaya bilərəm ki?"

"De Byazini necə pis xatırlaya bilərəm ki? Əlbəttə ki, bu, belədi. Milli karyeramda debüt etdiyim, oynadığım hələ ki ən yaxşı dövrlədən birində baş məşqçimiz oldu”. Bu fikirləri Presssport.az-a açıqlamasında millimizin futbəolçusu Cəlal Hüseynov deyib.

Keçən yay karyerasında ilk dəfə legioner həyatı yaşayaraq “Zirə”dən Bolqarıstan yüksək liqa təmsilçisinə keçən 20 yaşlı müdafiəçi millidəki italiyalı sabiq baş məşqçisi Canni de Byazini xoş xatırlayır. İndi Cəlal hamı kimi yeni baş məşqçi təyinatını gözləyir. Namizədlər arasında Hüseynova yaxşı tanış olan, vaxtilə U-21-də rəhbərliyi altında çıxış etdiyi serbiyalı Milan Obradoviç var: “Yeni baş məşqçi seçimində yerli və ya əcnəbi olmasının məncə, fərqi yoxdu. Açığı, belə düşünürəm. Şəxsən özüm üçün deyirəm ki, elə bir məşqçi istəyərəm ondan öyrənək, götürək, daha da inkişaf edək, inkişafımız üçün xeyirlisi biri olsun. Məncə, millimizdə elə futbolçular çoxdu ki, hansılar inkişafa çox açıqdırlar. Hansı qərar verilir-verilsin, futbolçuyuq, bizə fərqi yoxdu. Baş məşqçinin kimliyindən asılı olmayaraq, çıxıb ən yaxşısını edəcəyik də. Hansı qərar olursa-oslun, bizə fərq etməz”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC