"Barselona"nın baş məşqçisi Xavi Ernandes cari mövsümün sonunda postunu tərk etmək qərarını dəyişə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Presssport.az xəbər verir ki, 44 yaşlı ispaniyalı mütəxəssisin dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb: "Klubdan ayrılmaq qərarım mövsümün sonunda dəyişməyəcək. Qərarım doğrudur və bu, həm kluba, həm özümə, həm futbolçulara, həm dəyaxınlarıma rahatlıq gətirib. Verdiyim qərarı dəyişmək fikrində deyiləm".
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından "Barselona"nın baş məşqçisidi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC