“Sumqayıt”ın baş məşqçisi Samir Abasov yenə cəzalandırılıb.
Presssport.az xəbər verir ki, 46 yaşlı mütəxəssisə Premyer Liqanın XXX turunun açılış matçı olan “Zirə”ylə Mehdi Hüseynzadə adıns Sumqayıt şəhər stadionunda baş hakim Tural Qurbanov tərəfindən göstərilən sarı vərəqə cari çempionatdaa 5-ci olub.
Bununla da Abasov vərəqə sayında rusiyalı həmkarı Murad Musayevə çatıb. Belə ki, artıq Premyer Liqamızın iştirakçısı olmayan "Sabah"ın sabiq çalışdırıcısının da passivində bu qədər sarı vərqə var.
Onu da nəzərə alaq ki, Murad Oleqoviç 2 qırmızı vərəqə də almışdı. Maraqlıdı ki, Abasov da bu sayda “texniki zona”dan qovulub. Onlar vərəqə limitini aşdığına görə də cəzalı olduğundan, ümumilikdə 3 dəfə bu aqibəti yaşayıblar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC