9 futbolçu "ofsayd"a düşüb

Premyer Liqanın XXX turunu 9 futbolçu cəza üzündən buraxacaq.

Presssport.az xəbər verir ki, onların əksəri vərəqə limitini aşanlardı.

“Kəpəz”in qış fasiləsindən sonra ən yaxşı formada olan futbolçusu - braziliyalı sol cinah yarımmüdafiəçisi Junior Martins bu üzdən “Səbail"lə səfər matçını buraxacaq. ”Dənizçilər"də cəzalı israilli mərkəz müdafiəçisi Nir Bardeadı.

“Neftçi"də millilədirilən legionerlər - iranlı müdafiəçi Höccət Haqverdiylı xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiç 4-cü sarı vərəqəyə görə "Araz-Naxçıvan”la ev matçını kənardan izləyəcək. Rəqibdə 3-cü qapıçı Vüsal Şabanov isə aldığı qırmızı vərəqənin hələ də cəzasını çəkir.

“Qəbələ"də müdafiəçilər - Murad Musayevlə ukraynalı Zurab Oçiqava vərəqə limitini aşdıqlarından "Turan Tovuz"la ev matçında olmayacaq. Tovuzlularda isə bu səbəbdən ispaniyalı yarımmüdafiəçi Alexandro Serrano meydana çıxa bilməyəcək. 

“Sabah”da cəzalı futboçu var ki, bu, Ayaz Quliyevdi. Adıçəkilən yarımmüdafiəçi “Qarabağ”la ev matçını tribunadan izləyəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC