“Premyer Liqada klub sayının artırılması gündəmdədi” - AFFA İcraiyyə Komitəsinin yeni üzvü

AFFA İcraiyyə Komitəsinin yeni üzvü Xəyal Cəfərov müshaibə verib. Presssport.az həmin müsahibəni təqdim edir.

- Aprelin 2-də keçirilən AFFA-nın Hesabat-Seçki Konfransınsa İcraiyyə Komitəsinin üzvü seçildiniz. Bu münasibətlə sizi təbrik edirik.

- Çox sağ olun, minnətdaram.

- Komitə üzvü kimi Azərbaycan futbolunun inkişafı üçün nə planlarınız, nə təklifiniz var?

- İcraiyyə Komitəsinin növbəti iclası mayın əvvəlində olacaq. Hər bir üzv tədbirlər planını, öz təkliflərini verəcək. İnşallah ondan sonra yəqin rəsmi açıqlama olacaq bu barədə.

- Azarkeşlər, futbol ictimaiyyəti yeni AFFA rəhbərliyindən nə gözləsinlər?

- Təbii ki, yenə deyirəm, müəyyən məsələləri hamı bilir. İnfrastrukturun inkişafıdır, uşaq futbolunun inkişafıdır, azarkeşləri stadiona cəlb etmək, yəni ki, məqsədlər bəllidir. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan futbolunu daha da yüksək səviyyəyə aparaq.

- Ən aktual məsələlərdən biri hələ də boş olan millinin baş məşqçisi vəzifəsidir.

- Rövşən müəllim (AFFA prezidenti Rövşən Nəcəf nəzərdə tutulur - F.A.) bu barədə açıqlama vermişdi. Qısa zamanda bu məsələyə də aydınlıq gələcək.

- Namizəd məşqçilərin siyahısından xəbərdarsınız?

- Bu barədə hələ bir söz deyə bilmərəm.

- Siz özünüz əcnəbi məşqçinin tərəfdarısınız, yoxsa yerli?

- Bu, tək bir nəfərin qərarı deyil. İcraiyyə Komitəsi bu haqda qərar qəbul edəcək. Qısa zamanda bu məsələyə aydınlıq gələcək.

- Premyer Liqada iştirakçı sayının artırılması barədə də müzakirələr gedir. Bu, nə dərəcədə realdır?

- Bu məsələ də gündəmdədir, müzakirə olunacaq. Rəsmi açıqlama olanda hər şeyi eşidəcəksiniz.

- Sizin “Neftçi”yə gəlişinizlə bağlı nə yenilik var?

- O barədə hələ heç bir əlavə məlumatımız yoxdur (futbolxeber.az).  


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC