"Neftçi"də 4 itki - kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan futbolçusu var

"Neftçi"nin 4 futbolçusu bu gün "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri Premyer Liqanın XXX tur matçında iştirak edə bilməyəcək.

Presssport.az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bərpa prosesi keçən qapıçı Emil Balayevlə yanaşı, kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan cinah müdafiəçisi Ömər Buludov bu matçı buraxmalı olacaq.

Dizindəki ağrılarla bağlı müalicəsi davam edən digər qolkiper Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən yarımmüdafiəçi Ataa Caber də meydana çıxmayacaq.

Qeyd edək ki, bu gün "Neftçi Arena"da oynanılacaq qarşılaşma saat 19:00-da başlanacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC