Baxşıyev "Neftçi"nin onlardan üstün oynadığını düşünmür: "Rəhbərlik tərəfindən niyə müdaxilə olunmalıdı ki?"

"Müəyyən çatışmazlıqlar var idi, onlar da göründü. Amma gələcəyə ümid verən müsbət məqamlar da var idi".

Presssport.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın XXX turunun "Neftçi"yə qarşı keçirilmiş oyundan sonra mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb:

- İstədiyiniz komandanı görməyiniz üçün nə qədər vaxt lazımdır?

- Mövsümün sonuna 6 tur qalıb. Çalışacağıq ki, növbəti matçlarda yaxşı çıxış edək. Rəhbərliyin layihəsi məni cəlb etdi. Mən də dərhal çox düşünmədən təklifi qəbul etdim.

- Komandanın rəhbərlik ilə bağlı problemi olduğu iddia olunur. Bu sizi çəkindirmir?

- Beş gündür ki, komandadayam. Məni tanıyan hamı bilir ki, komandadayamsa, burda cavabdeh şəxs mənəm. Rəhbərliklə görüşdə də, öz tələblərimizi açıqlamışıq. Nəyi nəzərdə tutursuz? Rəhbərlik futbol oynamır. Ümumi işin daha da yaxşılaşdırılacağına çalışacaqlar. Mənə söz veriblər. Futbolçular rəhbərliyim altında məşq edib, oyunlara hazırlaşırlar.

- Komandaya və sizə rəhbərlik tərəfindən müdaxilələr edilməyəcək?

- Niyə olunmalıdır ki? Mənə inanıb gətiriblərsə, nəticə və komandaya cavabdeh şəxs mənəm. Məndən qabaq nə olub...İnanıram ki, mənimlə belə davam edəcəklər.

- Rəhbərlik qarşınıza hansı hədəfi qoyub? Avrokuboklara yollanmağınız realdır?

- Avrokuboklara da hazır olmaq lazımdır. Sadəcə, rəhbərliklə söhbətimiz olanda, bizdən daha müqavimətə dözümlü komanda yaratmağımı istədilər. Gəldik və avrokuboklara oynamalıyıq deyə, anlayış yoxdu. Komanda olaraq, ona da hazır olmalısan, onun üçün oyunçulara sahib olmalısan. Yəni, bu istəklə olunan bir şey deyil. Gündəlik iş prosesidir ki, onları qaydasına qoyduqdan sonra komanda özü də həmin iddianı bizə qaytaracaq. Altı tur qalıb. Hər oyuna maksimum nəticə üçün çıxmaq məcburiyyətindəyik. Oyun keyfiyyətini daha da yaxşılaşdırmaq lazımdır ki, gələcəkdə komanda daha yeni pilləyə yaxınlaşsın. Birinci ilin komandasıyıq. Bu komandadan başlayan kimi nəsə gözləməyin. Bu komanda günü-gündən oyun planında inkişaf etməlidi. Bu, yerinə düşdükdən sonra iddiadan daha rahat danışmaq olar.

- "Neftçi" bu gün nəyin hesabına "Araz-Naxçıvan"ı üstələdi? Yenidən taktika verməli olsaydınlz, nələri dəyişərdiniz?

- Birinci və 45-ci dəqiqədə qollar buraxdıq. Bu da konsentrasiyanın aşağı olmasından irəli gəlir. Səhv etdik, rəqib də yararlandı. "Neftçi"nin bizdən üstün oynadığını düşünmürəm.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC