"Bəziləri asan qələbə qazandığımızı deyə bilər" - Bojoviç

"Bəziləri asan qələbə qazandığımızı deyə bilər. Düşünürdük ki, qol vuracağıq. Lakin daha erkən qol vurmağımız, fasilə ərəfəsində də hesabı 2:0 etməyimiz oyunçulara güvən və rahatlıq verdi. Oyunu nəzarətimizdə saxlaya bildik. İkinci yarıda da şanslarımız və səhvlərimiz var idi. Ümumən, oyun yaxşı keçdi".

Presssport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın XXX turunun "Araz-Naxçıvan"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Bu gün müdafiədə Mark Tamaşa şans verdiniz və etibarlı görünürdü. Gələcək oyunlarda da ona şans verəcəksiniz?

- Mark Tamaş əsas heyətin oyunçusudu. Sadəcə, "Səbail"lə oyunda zədələnmişdi. Bir neçə oyun buraxmışdı. Bərpa edildi və əsas heyət uğrunda rəqabət aparacaq. Çox sürətli şəkildə bərpa olundu. 

- Yeni mövsüm komandada qalsanız, ötən ilki kimi, Sankt-Peterburqdakı futbol turnirində iştirak etmək istəyərdiniz?

- Turnir haqda hələ heç nə deyə bilmərəm.

- Qarşılaşmanın 89-cu dəqiqəsində hesab 3:0 olarkən, etdiyiniz əvəzetmələr nə ilə bağlı idi? 

- Heç kimi dəyişməyə də bilərdim. 2:0 bəzən təhlükəli olur. Amma ehtiyatdakı oyunçuları da meydana buraxmaq istədim. Hansısa əvəzetmə müsbət və ya mənfi hal kimi də yaşana bilir. Belə alındı ki, əvəzetmələri son dəqiqələrdə etdik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC