“Avropa çempionatındakı zədəmlə əlaqədar olaraq məşqlərə qoşula bilməmişdim. Turnirdə iştirakım üçün federasiyanın vitse-prezidenti Firdovsi Umudov böyük dəstək verdi və mənə olan etimadı doğruldub 3 gümüş medal qazandım”.
Presssport.az xəbər verir ki, bu fikirləri Tailandın Phuket şəhərindəki Dünya Kubokunda 3 gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli deyərək, bunun onun üçün çox böyük uğur olduğunu sözlərinə əlavə edib.
Bakıda qarşılanma zamanı jurnalistlərə açıqlama verən idmançı yarışın səviyyəsinin dünya çempionatına bərabər olduğunu söyləyib: “Dünya çempionatından 3 bürünc qazansam da, bu nəticələr də uğurlarım sırasına əlavə olundu. Bundan sonra mundiala hazırlaşacağam. Gələcək hədəflərim və iştirak edəcəyim yarışlar çoxdu”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC