AFFA İntizam Komitəsinin keçirilib.
Presssport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edildi:
10.04.2024-cü il tarixində I Liqada XXI turun “İmişli” – “İrəvan” oyununda “İrəvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilir (maddə 37);
11.04.2024-cü il tarixində I Liqada XXI turun “Karvan” – MOİK oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 70.1);
11.04.2024-cü il tarixində I Liqada XXI turun “Karvan” – MOİK oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Karvan” klubu 100 manat cərimə edilir (maddə 72.4);
11.04.2024-cü il tarixində I Liqada XXI turun “Karvan” – MOİK oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
11.04.2024-cü il tarixində I Liqada XXI turun “Karvan” – MOİK oyunu bitdikdən sonra qonaq komandanın futbolçusu tərəfindən stadionun əmlakına vurulmuş zərər MOİK klubu tərəfindən ödənilsin (maddə 54.2);
11.04.2024-cü il tarixində I Liqada XXI turun “Şamaxı” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);
11.04.2024-cü il tarixində I Liqada XXI turun “Qaradağ Lökbatan” – “Zaqatala” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC