Bu gün Premyer Liqada XXX tura yekun vurulub.
Presssport.az xəbər verir ki, turun bağlanış matçı Masazırda olub.
Belə ki, avrokuboklar mübarizəsini davam etdirən "Sabah" artıq çempionluğu rəsmiləşdirən “Qarabağ”ı qəbul edib.
Bu, komandaların cari mövsümdə 6-cı görüşü olub. Çünki onlar kubokda da rəqib olmuşdu. Bu, "Sabah"ın xorvatiyalı yeni baş məşqçisi Krunoslav Renduliçin "Qarabağ"la ilk dueli olun və əzmkar qələbə ilə yekunlaşıb.
14 aprel (bazar)
19:00. "Sabah" – "Qarabağ" - 3:2
Qollar: Amin Seydiyev, 16, Cesse Sekidika, 38, Tellur Mütəllimov, 56 - Leandro Andrade, 7, Nəriman Axundzadə, 76
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
VAR: Rauf Cabarov
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Bakı. “Bank Respublika Arena” stadionu
Cari çempionatdakı matçlar - 0:2, 1:2, 3:3
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC