Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev qadınlardan ibarət 3x3 basketbol millimizin Paris-2024-ə lisenziya qazanması ilə bağlı paylaşım edib.
Presssport.az xəbər verir ki, o, paylaşımda hər kəsi bu münasibətlə təbrik edib: “Paris 2024” Yay Olimpiya Oyunlarında dünya ölkələrini 3x3 basketbol üzrə 8 komanda təmsil edəcək. Onlardan biri də doğma Azərbaycandır. Hər birinizi bu tarixi uğur münasibətilə təbrik edirəm! Azərbaycana zəfər yaraşır!"
Xatırladaq ki, Azərbaycan tarixdə ilk dəfə komanda oyununda Olimpiya vəsiqəsi qazanır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC