Almaniya Bundesliqasında cari mövsümün çempionu vaxtından əvvəl müəyyənləşib.
Presssport.az xəbər verir ki, “Bayer” “Bavariya”nın 11 illik hegemonluğuna son qoyaraq tarixində ilk dəfə ölkə çempionu olub.
Bu, Bundesliqanın XXIX turunda evdə “Verder”ə (Bremen) 5:0 hesablı qələbəylə reallaşıb. Matçın 25-ci dəqiqəsində penaltidən nigeriyalı hücumçu Viktor Bonifas fərqlənib. Qranit Caka 60-cı dəqiqədə meydan sahiblərinin üstünlüyünü artırıb. Florian Vits 68, 83 və 90-cı dəqiqələrdə fərqlənərək het-trikə imza atıb.
Bu qələbə sayəsində Xabi Alonsonun komandası 79 xal toplayıb və ən yaxın izləyicisi olan “Bavariya” (69 xal) üçün əlçatmaz olub.
Onu da bildirək ki, leverkuzenlilərin bunadək son böyük uğuru 1993-cü ildə Almaniya Kuboku qazanmaq olub. Beləliklə, klub həm də 31 illik titul həsrətinə də son qoyub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC