Avropa Cüdo Birliyi Azərbaycan millisinin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

Azərbaycan Berlin Avropa Kubokunda Fransanı geridə qoyaraq birinci yerdə qərarlaşıb.

Presssport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin rəsmi saytında Azərbaycan cüdoçularının turnirdə heyranedici çıxışı diqqətə çatdırılıb: “Azərbaycan Fransanı qabaqladı” adlı məqalədə qeyd olunur ki, hər iki komanda qızıl medalların yarısına sahib çıxıb və hər biri dörd qızıl medal qazanıb. Fransa ümumi hesabda daha çox bürünc medal qazansa da, Azərbaycan gümüş medal sayında Fransanı ötüb.

Müəllifin sözlərinə görə, Azərbaycanın ümumi medal cədvəlində qalib gəlməsi, ilk növbədə, aşağı çəki dərəcələrində üstünlük təşkil etməklə əldə olunub. Belə ki, Bahadır Feyzullayev -50 kq çəkidə, Nihad Rəhimov -60 kq çəkidə, Kənan Sadıqov isə -66 kq çəkidə qızıl medal əldə ediblər. Cəsur İbadlı -73 kq çəki dərəcəsində fransalı Noah Boueyə məğlub olaraq gümüş medal qazanıb. Lakin sonra Əli Qazıməmmədov -81 kq çəki dərəcəsində qızıl medal qazanaraq komandanın üstünlüyünü təmin edib.

Avropa Cüdo Birliyi Azərbaycanın Berlindəki müstəsna çıxışını yüksək qiymətləndirib və onların 2024-cü ilin mayında keçiriləcək Göygöl yeniyetmələrin Avropa Kubokunda potensial uğurlarını gözlədiyini bildirib. Bundan əvvəl komanda aprelin 27-28-də Gürcüstanın Telavi şəhərində keçiriləcək yeniyetmələrin Avropa Kuboku iştirak edəcək. Hazırda onlar Berlində üç günlük təlim-məşq toplanışındadırlar.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC