Baş məşqçisi Musanın adının iştirak ərizəsinə salınmamasının səbəbini açıqlayıb

Millimizin futbolçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” ötən gün İsveç çempionatının III turunda “Sirius”u 2:0 hesabı ilə məğlub edərək 7 xalla liderdi

Presssport.az xəbər verir ki, Musanın adı bu matçın iştirak ərizəsinə salınmayıb və baş məşqçisi Tomas Lagerlöf oyundan sonra keçirdiyi mətbuat konfransında bunun səbəbi ilə bağlı da danışıb. Onun sözlərinə görə, heyətdəki rəqabət səbəbindən Musaya şans verməyib: “Rəqabətli vəziyyətdi. Heyətdə yalnız 20 oyunçu ola bilər. Komandada tarazlıq olmalıdı. Daha yaxşı seçimlərimiz olduğunu hiss etdik. Sadəcə, rəqabətə görə belə seçim etdik”.

Qeyd edək ki, Qurbanlı yeni mövsümdə cəmi 1 oyunda meydana çıxıb. O, mövsümün ilk turunun matçında 70-ci dəqiqədə meydana daxil olub. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC