Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

Milli komandamızın sabiq futbolçusu Vadim Vasilyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Presssport.az xəbər verir ki, bunu 51 yaşlı veteran hücumçunun özü açıqlayıb.

O bildirib ki, müalicə xərclərini Fond qarşılayacaq: “Heydər Əliyev Fonduna dərin təşəkkürümü bildirirəm. Bundan sonra onların nəzarəti altında “Liv Bona Dea Hospital”da müalicəmi davam etdirəcəm. Sevinirəm ki, məni bu yolda tək qoymadılar və səsimə səs verdilər”.

Xatırladaq ki, Vasilyev bu il fevralın əvvəlində insult keçirib (idman.biz).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC