Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində III turun oyunları keçirilib.
Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır.
Aprelin 13-də "Əmircan" və "Bülbülə" üz-üzə gəlib. Komandalar arasında gərgin gedən mübarizə “Bülbülə”nin qalibiyyəti ilə yekunlaşıb - 6:3.
Daha sonra "Yeni Suraxanı" və "Hövsan" qarşılaşması baş tutub. "Yeni Suraxanı" üstünlüyünü qoruyaraq 13:1 hesabı ilə qalib gəlib.
Növbəti görüşlərdə "Şağan" "Zirə"yə 3:0, "Qala" "Türkan"a 3:1, "Qaraçuxur" "Keşlə"yə 19:1 hesabı ilə qalib gəliblər. "Əhmədli" "Günəşli" arasında keçirilən görüşdə ikincilər qalib olub - 12:2. “Şüvəlan” "Binə"yə 1:5, “Buzovna” "Mərdəkana" 1:11 hesabı ilə uduzub.
Aprelin 14-də III turun növbəti oyunları keçirilib. "Nardaran" və "Maştağa”, "Kürdəxanı" və “Pirşağı” arasında keçirilən görüşlərdə hesab açılmayıb. "Sabunçu" və "Ramana" arasında reallaşan görüş bərabərliklə yekunlaşıb - 2:2. "Zabrat" və "Balaxanı" arasında baş tutan görüş birincilərin qalibiyyəti ilə bitib - 2:1. "Mehdiabad" və "Aşağı Güzdək" arasında keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0. "Görədil" “Məmmədli”yə 1:2 hesabı ilə məğlub olub. "Biləcəri" “Masazır”a 3:2, "Saray" “Binəqədi”yə 3:1 hesabı ilə qalib gəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC