Türkiyə Super Liqasında XXI turun oyunları davam edir. Presssport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçumu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" bu gün səfərdə "Kasımpaşa"nın qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Renat bu görüşün iştirakçısı olaraq 70-ci dəqiqədə meydana daxil olub. Maraqlıdı ki, həmin vaxt hesab açılmamışdı.
21 turdan sonra 21 xal toplayan "Hatayspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC