Arenanın adı 200 min manata satışa çıxarıldı - klub sahibindən açıqlama

Tovuz şəhər stadionunun adı satışa çıxarılıb.

Bu haqda Presssport.az-a klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev məlumat verərək. uzun müddətə icarəyə götürdükləri arenanın adını satışa çıxarıldığını söyləyib. 

O, ad daşımaq üçün 1 illik icarə məbləğini da açıqlayıb. Bu, 200 min manat təşkil edir.

Burdan əldə olunacaq gəlir "Turan Tovuz"un xərclərinə sərf olunacaq. Həmin sponsor tapılarsa, stadionun adı onun istədiyi kimi adlandırılacaq.

İstənilən halda, növbəti mövsümdən Tovuz şəhər stadionunun adı dəyişiləcək. Belə ki. sponsor olmasa, arenanın “Huner Arena” adlanacağı gözlənilir.

Xatırladaq ki, ölkəmizdə tanlnmış iş adamlarından, əslən Tovuzdan olan Quliyev “Huner Group”un təsisçisi və direktorudu. 

 

 


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC