Rusiyalı futbol agenti Timur Qurtskaya Murad Musayevin "Krasnodar"ın baş məşqçisi postuna qayıtmasından danışıb.
Presssport.az xəbər verir ki, o, özünün "YouTube" kanalında "Zenit" matçlarının nəticəsini şərh edərkən belə deyib.
Qurtskayanın fikrincə, Musayevin serbiyalı sələfi olan Vladimir İviç paltardəyişmı otağında görünməmiş səlahiyyətə malik olan diktator məşqçi idi: “Birdən başqa oğlan gəlib nəsə söyləyir. Oyunçular ”ok" deyirlər. Musayev bu komanda üçün avtoritet deyil. Və heç vaxt olmayacaq. Bu “Krasnodar”a məşqçiyə nə qədər ehtiyacı olduğunu başa düşmək üçün istərdim ki, klub bütün oyunçuları və Musayevi saxlasın. Onlar ilk “5-lik”də olmayacaq. Bu, futboldu, qardaş!" .
Xatırladaq ki, "Sabah"ın sabiq çalışdırıcısı olan 41 yaşlı Musayev “Krasnodar”la cari mövsümün sonuna qədər müqavilə imzalayıb. Son oyunda “öküzlər” doğma meydanda “Zenit”ə 1:2 hesabı ilə uduzub. Krasnodarlılar Premyer Liqanın 23 turundan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC