Belçika millisinin futbolçusu Torqan Azar ağır zədə alıb.
Presssport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi nəticədə AVRO-2024-ü buraxmalı olaraq, ümumiyyətlə, bu il bir daha meydana çıxa bilməyəcək.
Ölkəsində “Anderlext”in formasını geyinən Azar çempionatn son turunda “Union”la matçda (2:1) sağ dizinin ön çarpaz bağı qopub. Tibbi müayinənin ardından onun zədəsinin ciddi olduğu aşkarlanıb.
Torqan bu mövsüm 25 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Onun Brüssel təmsilçisiylə müqavilə müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Belçika yığması bu yay Almaniyada keçiriləcək final mərhələsində E qrupunda Slovakiya, Rumıniya və Ukrayna milliləri ilə birgə yer alacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC