Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın cüdo millisi növbəti məşqinə çıxıb.
Presssport.az xəbər verir ki, məşqdən sonra Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli yığmanın Avropa çempionatına hazırlığı barədə jurnalistlərə açıqlama verərək, komanda daxilində ab-havanın yaxşı olduğunu söyləyib: "Avropa çempionatına tam heyətlə gedəcəyik. Komandamız ötən qitə çempionatında 2 qızıl medaı qazanıb. Hidayət Heydərov və Zelim Kotsoyev reytinqdə yuxarı pillələrdə qərarlaşıblar. Bu yarışda da cüdoçularımızın uğurlu çıxış edəcəyinə inanıram. İndi əsas məqsədimiz Paris-2024 Yay Olimpiya Oyunlarıdır. Lakin bəzi çəki dərəcələrində Olimpiadaya kimin gedəcəyi dəqiqləşməyib".
Xatırladaq ki, qitə birinciliyi aprelin 25-27-də keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC