Millimizin basketbolçusu: “Paris-2024-də də fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq”

“Hər bir idmançının Olimpiadada iştirak etməyi arzulamışam. Hər zaman bunu xəyal etmişəm və çalışmışam ki, mötəbər yarışda iştirak edim. Heç vaxt hədəflərim dəyişməyib”.

Presssport.az xəbər verir ki, bu sözləri Azərbaycan qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaları barədə danışarkən deyib.

Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

Ulyanova yarımfinalda Macarıstana qarşı keçirdikləri oyundan sonra hisslərinə hakim ola bilmədiyini gizlətməyib: “Olimpiadaya vəsiqə qazanacağımıza inanırdım. Hər görüş gərgin keçdi. Azərbaycan millisini əzmkar komanda adlandırırdılar. Çünki geridə olsaq belə, sonadək mübarizə aparırdıq. Aleksandra Mollenhauerin qələbə atışından sonra əmin oldum ki, Paris-2024ə yollanırıq”.

35 yaşlı basketbolçu Olimpiadadakı hədəflərindən də söz açıb: “Fransada dünyanın ən güclü 8 komandası mübarizə aparacaq. Arxayınlaşmaq olmaz. Biz də digər komandalar kimi, Parisdə 1-ci olmaq, fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq”.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC